Прилагательное ставки

Страницы: <<  <  1 | 2 | 3

ra). Eyni cümlədəki gənc sifəti də oğlanın (gənc oğlanın) ismini, ikinci cümlədəki igid sifəti isə döyüşçülərimiz (igid döyüşçülərimiz) ismini əvəz etmişdir. İsimləşmiş sifətlər cümlədə mübtədavə tamamlıq vəzifələrində çıxış edir. Morfoloji təhlil zamanı belə sifətlər isim kimi yox, isimləşmiş sifət kimi təhlil olunur.
Sifətin cümlədə rolu. Sifətİər cümlədə ən çox təyin olur. Bəzən sifətlər cümlədə xəbər vəzifəsində də çıxış edir. Bu halda xəbər isimdən əvvəl işlənir və şəxs (xəbərlik) şəkilçilərini qəbul edir. Məsələn: yaxsıyam, yaxşısan, çalısqandır, kiçiyik, ağıllısınız və s.

Sifətin təhlil qaydası
Sifətin təhlili zamanı onun aşağıdakı xüsusiyyətləri göstərilir:
1. Əlamət, keyfiyyət, rəng və s. bildirməsi və sualı
2. Quruluşca növü
3. Dərəcəsi
4. Bağlı olduğu söz
5. Cümlədə rolu
Məsələn: Anar ağıllı və hazırcavab oğlandır. O, sinifdə ən çalışqan şagirddir.
Ağıllı -- keyfiyyət bildirir, necə? sualına cavab olur: Quruluşca düzəltmədir -- ağıl ismindən düzəlmişdir. Adidərəcədədir, isim ilə bağlıdır. Cümlədə təyindir.
Hazırcavab -- keyfiyyət bildirir, necə? sualına cavab olur. Quruluşca mürəkkəbdir: hazır sifəti və cavab ismindən yaranmışdır. Adidərəcədədir, oğlan ismi ilə bağlıdır. Cümlədə təyindir.
Çalışqan -- keyfiyyət bildirir, necə? sualına cavab verir. Quruluşca düzəltmədir. Çoxaltma dərəcəsindədir, ən ədatının köməyi ilə bu mənanı bildirir. Şagird ismi ilə bağlıdır. Cümlədə təyindir.




Страницы: <<  <  1 | 2 | 3
Рейтинг
Оцени!
Поделись конспектом: