n az, ala, təhər sözləri də azaltma dərəcəsi məzmununu bildirir: az şirin, alayarımçıq, göy təhər və s. ).
Çoxaltma dərəcəsi
Əlamətin adi haldan çox olduğunu bildirir. Çoxaftma dərəcəsi də azaltma dərəcəsi kimi iki üsulla düzəlir
1. Morofoloji üsulla. Çoxaltma dərəcəsində olan sifətlər bu üsulla iki qayda ila düzəlir:
a) Adi dərəcədə olan sifətlərin sonuna -ca1 şəkilçisini artırmaqla: canlı-ca (şəkil), zorba-ca (balıq), körpə-cə (xiyar), yekə-cə (oglan) və s.
b) Sifətin ilk hecasımn son samitinin m, p, r, s samitlərindən biri ilə əvez olunması və sifətin təkrar ona qoşulması ilə:
göy-gömgöy gömgöy,
qırmızı -- qıpqırmızı qıpqırmızı,
doğru -- dosdoğru dosdoğru və s.
Sifətin ilk hecası saitlə bitərsə, bu samitlərdən biri həmin hecaya qoşulur: yaşıl -yamyaşıl yamyaşıl, sarı -- sapsarı sapsarı, təmiz -tərtəmiz tərtəmiz, bütün -- büsbütün büsbütün və s.
2. Sintaktik üsulla. Adi dərəcədə olan sifətlərin əvvəlinə ən, lap, çox, daha, olduqca ədatlarından biri, düm hissəciyi və tünd sözü artınlır.
Ədatlar ayrı, düm hissəciyi ilə bitişik yazılır. Tünd sözündən sonra defis qoyulur: ən gözəl, lap yaxşı, çox maraqlı, daha ağıllı, olduqca bacarıqlı, dümağ, tünd-göy və s.
Sifətin isimləşməsi
Bəzi sifətlər cümlədə ismi əvəz edə bilir, yəni onun yerində işlənir. Belə sifətlər isimləşmiş (substantivləşmiş sifətlər adlanır. İsimləşmiş sifətlər İsmin suallarına cavab olur və isimlərə məxsus cəm, hal, mənsubiyyət şəkilçilərini qəbul edir. Məsələrj Qocalara hörmət hər bir gəncin borcudur. İgidlərimiz düşmənə layiqli cavab verdilər. Bu cümlələrdəki qoca, gənc və igid sifətləri aid olduqlan isimləri əvəz etmişdir. Birinci cümlədəki qoca sifəti adamlara ismini əvəz edərək onun yerində işlənmişdir (qoca adamlara -- qocala
Страницы: << < 1 | 2 | 3 > >>