Прилагательное ставки

Страницы: 1 | 2 | 3  >  >>

Прилагательное ставки.
Sifəti başqa nitq hissələrindən fərqləndirən əsas əlamətlərdən biri də onun dərəcə bildirməsidir. Müxtəlif əşyalardakı eyni bir əlamət başqalarından az və ya çox dərəcədə fərqlənir. Məsələn: şirin bal və şirin qarpız, sarı limon və sarı almabirləşmələrindəki əşyaların əlaməti -- şirinliyi və sarılığı eyni dərəcədə dəyil. Bu baxımdan sifətin nıüqayisə dərəcələri vardır.
Əşyanın əlaməti üç dərəcədə ola bilər: normal, normadan az, normadan çox. Bu xüsusiyyətə görə sifətin üç dərəcəsi var:
1. Adi dərəcə
2. Azaltma dərəcəsi
3. Çoxaltma dərəcəsi
Adi dərəcə
Əlamətin adi halda olduğunu bildirir. Heç bir xüsusi morfoloji əlaməti -- qrammatik şəkilçisi yoxdur. Məsələn: ag, qara, sirin, sərin, böyük, kiçik və s. Adi dərəcədə olan sifətlər dilimizdə çoxluq təşkil edir. Adi dərəcə başqa dərəcələr üçünölçü, me yar rolunu oynayır. Adi dərəcə olmasa, azaltma və çoxaltma dərəcələrini müəyyən edə bilmerik. Deməli, sifətin azaltma və çoxaltma dərəcələri adi dərəcə əsasında yaranır və müəyyən edilir.

Azaltma dərəcəsi
Əlamətin adi haldan az olduğunu bildirir. Azaltma dərəcəsi iki üsulla düzəlir:
1. Morfoloji üsulla. Adi dərəcədə olan sifətlərə aşağıdakı şəkilçiləri artırmaqla:
-ımtıl4: ağ-ımtıl, boz-umtul, göy-ümtül, san-mtıl və s.
-ımtraq (-mtraq): ağ-ımtraq, san-mtraq
-sov (-ımsov, -- ümsov): uzun-sov, ağ-ımsov, göy-ümsov
-şın: sarı-şın, qara-şın və s.
-raq, -rək: yaxşı-raq, gödə-rək (ikinci sözün kökündəki k (gödək) samiti düşür. (Bu şəkilçi ilə düzələn sifətlər müasir dilimizdə nadir hallarda işlənir).
2. Sintaktik üsulla. Adi dərəcədə olan sifətlərin əvvəlinə açıq sözünü artırmaqla. Bu sözdən sonra defis işarəsi qoyulur:açıq-qırmızı, açıq-sarı və s.
(Bəzi sifətlərin əvvəltndə işlənə

Страницы: 1 | 2 | 3  >  >>
Рейтинг
Оцени!
Поделись конспектом: