Рerimetr

Страницы: 1 | 2 | 3  >  >>

ELEKTRON LÖVHƏDƏ RİYAZİYYAT DƏRSİNİN TƏDRİSİ
Hazırda müasir təlim metodlarından istifadə günün tələbinə çevrilmişdir. Belə dərslər şagird təfəkkürünün , idrakının inkişafına xidmət edir,şagird əzbərçilikdən daha çox yaradici və tətbiqetməyə sovq edir. Bu müasir təlim metodları şagirdlərdə fəallıgı artırmaqla yanaşı,onlarda məntiqi düşüncə də yaradır. Və bu zaman məntiqlə bilik paralel inkişaf edərək şagirdi gələcək həyata hazırlayır. Bütün bu proseslərin aparılmasında ən böyük rol müəllimin üzərinə düşür. Mən İsmayıllı şəhər Cülyan kənd tam orta məktəbində 15 ildir riyaziyyat müəllimi kimi fəaliyyət göstərirəm. Bu gün müasir təlim metodlarından istifadə etməklə dərslərimdə böyük ugurlar qazandıgımı acıq-aşkar hiss edirəm. Cəbr və həndəsə dərslərində müasir təlim metodlarından və İKT-dən istifadə edərək ugurlu nəticələr görürəm.
Bu yaxinda V sinif riyaziyyat dərsində "KVADRAT, DÜZBUCAQLI VƏ ÜÇBUCAGIN PERIMETRI "mövzusunda acıq dərs kecirtdim. Dərsimdə interaktiv üsulların bir coxundan istifadə etdim və 45 dəqiqə ərzində bütün məqsədimə nail oldum.
Qruplarla iş,rollu oyunlar,əqli hücum,işgüzar fəallıq ,müsahibə üsullarından istifadə edərək elektron lövhədə "KVADRAT ,UÇBUCAQ VƏ DÜZBUCAQLİNİN PERİMETRİ" mövzusunda dərsə başladım. Sinfi qruplara böldüm. Qruplara "ÜÇBUCAQ" " DÜZBUCAQLI " " KVADRAT "adlarini təyin etdim. Liderlər qrup üzvləri tərəfindən seçildilərvə özlərini təqdim etdilər. Mən keçmiş dərsin mövzusunu soruşdum . Şagirdlər mənə keçmiş dərsin KVADRAT DÜZBUCAQLI və ÜÇBUCAQ olduğunu bildirdilər. Şagirdlər mənə keçmiş dərsin adını bildirdilər. Şagirdlər keçmiş mövzu haqqinda rollu oyun vasitəsilə çıxış etdilər. Keçmiş dərsin sorgusundan sonra qruplara işçi vərəqləri paylayaraq yeni dərsin motivasiyasın

Страницы: 1 | 2 | 3  >  >>
Рейтинг
Оцени!
Поделись конспектом: