ı tətbiq etməyə başladım. Şagirdlər bu motivasiyadan yeni dərsin adını tapdılar. Onlar elektron lövhədə yeni dərsin adını və mövzusunu qeyd etdilər. Yeni dərsin izahından sonra mən dərsi möhkəmləndirmək məqsədilə qruplara test tapşırıqları verdim. Hər bir qrup test tapşırıqlarının həllini cavablandırdı və onlar bu cavabları elektron lövhədə göstərdilər. Bu mərhələdən sonra qrupların diqqətini divardan asılmış Venn diaqramına cəlb etdim. Şagirdlər bu diaqramın orta hissəsində kvadratın və düzbucaqlının oxşar cəhəhtlərini qeyd etdilər. Şagirdlərə üçbucagın növləri haqqında məlumat verdim. Onlara üçbucagın hər bir növünə aid perimetrinin tapılmasına uygun tapşırıq verdim. Bu dəfə ən məntiqli və düzgün yazan şagirdləri həvəsləndirərək yüksək qiymətləndirdim.
Müsahibə üsulunu tətbiq etməklə şagirdlərin diqqətini divardan asılmış boş xanalı krossvordlara yönəltdim. Krossvordun birincisində perimetr sözü şaquli, ikincisində üfüqi şəkildə yazılmışdır.
Birinci krossvord fəndaxili ,ikinci krossvord isə fənlərarası inteqrasiya yaratmaga xidmət edirdi. Şagirdlər bütün xanalardakı sözləri tapandan sonra krossvordun doldurulmuş formasını elektron lövhədə göstərdim.
Dərsin sonuna yaxin qiymətləndirmə mərhələsi hər bir şagirdin nəyə qadir olmasının üzə cixmasında böyük rol oynayır. Evə tapşırıq və tətbiqetməni dərsin bitməsinə 2 dəqiqə qalmış elan etdim.
Beləliklə,şagirdlərin müstəqil düşünmə qabiliyətlərini inkişaf etdirmək yolu ilə" DÖRDBUCAQLILAR" haqqında bilikləri daha da genişləndirmək və möhkəmləndirmək məqsədinə nail oldum.
İstərdim dərs dediyim şagirdlərimin də adını burada qeyd edim.
Nəzərli Mirdamət Raqub
Ağayev Taleh Xatir
Hüseyinov Xəzər Elsevər
Əşrəfova Xanım Faiq
Əşrəfli Fatimə Elxan
Musayeva Aydan İmran<
Страницы: << < 1 | 2 | 3 | 4 > >>