Konstitusiyasının ayrılmaz hissəsidir və Azərbaycan Respublikası Konstitusiyasının əsas mətninə zidd olmamalıdır.
Maddə 157. Azərbaycan Respublikası Konstitusiyasına əlavələrin təklif edilməsi təşəbbüsü
Azərbaycan Respublikasının Konstitusiyasına əlavələri Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikası Milli Məclisinin azı 63 deputatı təklif edə bilər.
Maddə 158. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələrin təklif edilməsi təşəbbüsünün məhdudlaşdırılması
Bu Konstitusiyanın birinci bölməsində əks etdirilmiş müddəalarla əlaqədar Azərbaycan Respublikası Konstitusiyasına əlavələr təklif edilə bilməz. (1)
KEÇİD MÜDDƏALARI
1. Azərbaycan Respublikasının Konstitusiyası referendumla qəbul edildikdən sonra rəsmən dərc olunduğu gündən qüvvəyə minir. Bu Konstitusiyanın qüvvəyə mindiyi gündən 1978-ci il aprelin 21-də qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası (Əsas Qanunu) qüvvədən düşür.
2. Bu Konstitusiyanın qüvvəyə minməsinə qədər seçilmiş Azərbaycan Respublikasının Prezidenti bu Konstitusiya ilə Azərbaycan Respublikasının Prezidentinə aid edilmiş səlahiyyətləri həyata keçirir.
3. Bu Konstitusiyanın 101-ci maddəsinin 5-ci hissəsi bu Konstitusiya qəbul edildikdən sonra seçilən Azərbaycan Respublikası Prezidentinə şamil edilir.
4. Azərbaycan Respublikası xalq deputatlarının və Azərbaycan Respublikası Ali Sovetinin yaratdığı Milli Məclisin səlahiyyətləri yeni seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin ilk iclas günü başa çatır.
Yeni seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası Azərbaycan Respublikası Milli Məclisinin azı 83 deputatının seçildiyi gündən bir həftə sonra keçirilir. Azərbaycan Respublikası Milli Məclisinin ilk
Страницы: << < 57 | 58 | 59 | 60 | 61 > >>