sessiyası 1996-cı il mayın 31-dək davam edir.
1995-ci il avqustun 15-də qəbul edilmiş "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında" Azərbaycan Respublikası Qanununun 85-ci maddəsi bu Qanun əsasında seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin birinci çağırışının səlahiyyətləri bitənədək qüvvədədir.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Konstitusiyanın qüvvəyə mindiyi gündən bu Konstitusiyada müəyyən edilən səlahiyyətləri həyata keçirir.
6. Bu Konstitusiya qüvvəyə mindiyi gündən Azərbaycan Respublikası yerli Xalq Deputatları Sovetlərinin səlahiyyətlərinə xitam verilir.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə Azərbaycan Respublikasının yerli Xalq Deputatları Sovetlərinə aid edilmiş səlahiyyətləri yerli icra hakimiyyəti orqanları həyata keçirir.
7. Bu Konstitusiya qüvvəyə mindikdən sonra iki il müddətində yerli özünüidarə haqqında qanun qəbul edilməli və bələdiyyələrə seçkilər keçirilməlidir.
8. Bu Konstitusiyanın qəbul edildiyi günədək Azərbaycan Respublikasının ərazisində qüvvədə olan qanunlar və başqa normativ hüquqi aktlar bu Konstitusiyaya zidd olmayan hissədə qüvvəsini saxlayır.
9. Bu Konstitusiya qüvvəyə minənədək fəaliyyət göstərən Azərbaycan Respublikasının məhkəmələri ədalət mühakiməsini bu Konstitusiyada müəyyən edilən səlahiyyətlərə və prinsiplərə uyğun həyata keçirir.
10. Bu Konstitusiya qüvvəyə mindiyi gündən bir il ərzində hakimlərin statusu, məhkəmə quruluşu və məhkəmə islahatı ilə əlaqədar Azərbaycan Respublikasının bu Konstitusiyaya uyğun olan qanunvericiliyi qəbul edilməlidir və Azərbaycan Respublikası məhkəmələrinin hakimləri yenidən təyin edilməlidir.
Həmin qanunvericilik qəbul edilənədək hakimlərin vəzifəyə təy
Страницы: << < 58 | 59 | 60 | 61 | 62 > >>