Конституция Азербайджанской Республики

Страницы: <<  <  29 | 30 | 31 | 32 | 33  >  >>

aycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Ali Məhkəməsi və ya Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təcili elan edibsə, bu müddət 20 gün təşkil edir.

VI. Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası qanunla müəyyən edilir.

VII. Qanun və qərar layihələri əsaslandırılmalı və onların qəbul edilməsinin məqsədləri göstərilməlidir. (1, 2)

Maddə 97. Qanunların imzalanmaq üçün təqdim olunması müddəti

I. Qanunlar qəbul edildiyi gündən 14 gün müddətində Azərbaycan Respublikasının Prezidentinə imzalanmaq üçün təqdim edilir.

II. Təcili elan olunan qanun layihəsi Azərbaycan Respublikasının Prezidentinə imzalanmaq üçün qəbul edildiyi gündən 24 saat ərzində təqdim edilir.

Maddə 98. Azərbaycan Respublikası Milli Məclisinin aktlarının qüvvəyə minməsi

Qanunun və Azərbaycan Respublikası Milli Məclisinin qərarının özündə başqa qayda nəzərdə tutulmayıbsa, qanun və qərar dərc edildiyi gündən qüvvəyə minir.
VI fəsil. İCRA HAKİMİYYƏTİ

Maddə 99. İcra hakimiyyətinin mənsubiyyət

Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikası Prezidentinə mənsubdur.

Maddə 100. Azərbaycan Respublikasının Prezidentliyinə namizədlərə aid tələblər

Yaşı otuz beşdən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər. (KM1)

Maddə 101. Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasl

Страницы: <<  <  29 | 30 | 31 | 32 | 33  >  >>
Рейтинг
Оцени!
Поделись конспектом: