La revue de la leçon

Страницы: 1 | 2 | 3  >  >>

Fransız - dili.
IV sinif.
İsmayıllı rayonu Musa Piriyev adına Tircan kənd tam orta məktəbi.
Mövzu: Ev heyvanları və Vəhşi heyvanlar.
Standart: 1. 1. 1. , 2. 2. 4.
Məqsəd: 1. Sual və müraciətləri başa düşür.
2. Heyvanları adlandıra bilir.
3. Heyvanları fərqləndirə bilir.
4. Heyvanların adlarını yaza bilir.
5. Sualları cavabladıra bilir.
6. Hesablaya bilir.
İnteqrasiya: Azərbaycan dili. Həyat bilgisi.
İş forması: Kollektiv, Cütlərlə.
İş üsulu: Beyin həmləsi, B. İ. B. Ö.
Resurslar: Fransız dili IV sinif . Dərslik.
www. google. fr. www. google. ru. Youtube. com.

Motivasiya: Motivasiya iki hissədən ibarətdir. Birinci mərhələdə şagirdlər krasvordu

flipçartın sol tərəfində verilmiş qrmızı dairədə olan (şalvar) şəkilindən başlayaraq saat əqrəbi istiqamətində üfüqü şəkildə nömrələnmiş xanaları doldurmalı və qırmızı xanalardakı sözü oxumalıdır. Burada (animaux - heyvanlar) sözü əmələ gələcək. Bu dərsə girişdir.
İkinci mərhələdə biz dərsin əsas adını örgənəcəyik.
Flipçartın sol tərəfindəki yaşıl oxları irəli sürüşdür.





Müəllim: Bu şəkillər sizə nə verir?
Şagirdlərin cavabını yoxlamaq üçün buratino şəklinə qələmi vur, qarşına çıxan açar şəklinə toxun və dərsin adını oxu.









Biz burada BİBÖ cədvəlindən istifadə edirik. Şagirdlər bildikləri heyvanların adlarını Bilirəm cədvəlinə yazırlar, İstəyirəm Biləm cədvəlinə bilmək istədikləri heyvanların adlarını yazırlar. Sonda dərsi bitirəndən sonra Örgəndim cədvəlinə örgəndikləri heyvanların adlarını yazırlar.








Tədqiqat sualı: Nə üçün heyvanlar iki qrupa bölünür? Şəkildəki oxu klik et və mövzunun adını oxu. <

Страницы: 1 | 2 | 3  >  >>
Рейтинг
Оцени!
Поделись конспектом: