Конституция Азербайджанской Республики

Страницы: <<  <  1 | 2 | 3 | 4  >  >>

il. BƏLƏDİYYƏLƏR
BEŞİNCİ BÖLMƏ: HÜQUQ VƏ QANUN
:: X fəsil. QANUNVERİCİLİK SİSTEMİ
:: XI fəsil. AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASINDA DƏYİŞİKLİKLƏR
:: XII fəsil. AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASINA ƏLAVƏLƏR
KEÇİD MÜDDƏALARI

I fəsil. XALQ HAKİMİYYƏTİ
Maddə 1. Hakimiyyətin mənbəyi
I. Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır.
II. Azərbaycan xalqı Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir; bu isə beynəlxalq hüquqla müəyyənləşdirilmiş normaları istisna etmir.
Maddə 2. Xalqın suverenliyi
I. Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur.
II. Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi -- referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir.
Maddə 3. Ümumxalq səsverməsi -- referendum yolu ilə həll edilən məsələlər
I. Azərbaycan xalqı öz hüquqları və mənafeləri ilə bağlı olan hər bir məsələni referendumla həll edə bilər.
II. Aşağıdakı məsələlər yalnız referendumla həll oluna bilər:
1) Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi və ona dəyişikliklər edilməsi;
2) Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi.
III. Aşağıdakı məsələlər üzrə referendum keçirilə bilməz:
1) vergilər və dövlət büdcəsi;
2) amnistiya və əfvetmə;
3) seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi müvafiq olaraq qanunvericilik və (və ya) icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilmiş vəzifəli ş

Страницы: <<  <  1 | 2 | 3 | 4  >  >>
Рейтинг
Оцени!
Поделись конспектом: