Конституция Азербайджанской Республики

Страницы: 1 | 2 | 3  >  >>

Azərbaycan Respublikasının Konstitusiyası
Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir:
- Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;
- Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;
- vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;
- xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;
- ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək;
- ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.
Yuxarıda sadalanan ülvi niyyətlərlə ümumxalq səsverməsi - referendum yolu ilə bu Konstitusiya qəbul edilir.
MÜNDƏRİCAT
BİRİNCİ BÖLMƏ: ÜMUMİ MÜDDƏALAR
:: I fəsil. XALQ HAKİMİYYƏTİ
:: II fəsil. DÖVLƏTİN ƏSASLARI
İKİNCİ BÖLMƏ: ƏSAS HÜQUQLAR, AZADLIQLAR VƏ VƏZİFƏLƏR
:: III fəsil. ƏSAS İNSAN VƏ VƏTƏNDAŞ HÜQUQLARI VƏ AZADLIQLARI
:: IV fəsil. VƏTƏNDAŞLARIN ƏSAS VƏZİFƏLƏRİ
ÜÇÜNCÜ BÖLMƏ: DÖVLƏT HAKİMİYYƏTİ
:: V fəsil. QANUNVERİCİLİK HAKİMİYYƏTİ
:: VI fəsil. İCRA HAKİMİYYƏTİ
:: VII fəsil. MƏHKƏMƏ HAKİMİYYƏTİ
:: VIII fəsil. NAXÇIVAN MUXTAR RESPUBLİKASI
DÖRDÜNCÜ BÖLMƏ: YERLİ ÖZÜNÜİDARƏETMƏ
:: IX fəs

Страницы: 1 | 2 | 3  >  >>
Рейтинг
Оцени!
Поделись конспектом: