Конституция Азербайджанской Республики

Страницы: <<  <  53 | 54 | 55 | 56 | 57  >  >>

likası Konstitusiyasının hüquqi qüvvəsi

I. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir.

II. Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir.

III. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasıdır.

Maddə 148. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktlar

I. Qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir:

1) Konstitusiya;

2) referendumla qəbul edilmiş aktlar;

3) qanunlar;

4) fərmanlar;

5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları;

6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları.

II. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının hüquq sisteminin ayrılmaz tərkib hissəsidir.

III. Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyası və qanunları, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarları hüquqi qüvvəyə malikdir.

IV. Naxçıvan Muxtar Respublikasının qanunvericilik sistemi Azərbaycan Respublikasının qanunvericilik sisteminə uyğun olmalıdır.

V. Öz səlahiyyətləri daxilində yerli icra hakimiyyəti orqanları qanunvericilik sisteminə daxil olan aktlara zidd gəlməyən normativ xarakterli aktlar qəbul edə bilərlər.

Maddə 149. Normativ hüquqi aktlar

I. Normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.

II. Referendumla qəbul olunmuş aktlar yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyy

Страницы: <<  <  53 | 54 | 55 | 56 | 57  >  >>
Рейтинг
Оцени!
Поделись конспектом: