hər bir vətəndaşın borcudur.
Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər.
II. Vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir. (1)
Maddə 77. Tarix və mədəniyyət abidələrinin qorunması
Tarix və mədəniyyət abidələrini qorumaq hər bir şəxsin borcudur.
Maddə 78. Ətraf mühitin qorunması
Ətraf mühitin qorunması hər bir şəxsin borcudur.
Maddə 79. Qanuna zidd vəzifələrin icrasına yol verilməməsi
Heç kəs Azərbaycan Respublikasının Konstitusiyasına və ya qanunlarına zidd vəzifələrin icrasına məcbur edilə bilməz.
Maddə 80. Məsuliyyət
Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.
V fəsil. QANUNVERİCİLİK HAKİMİYYƏTİ
Maddə 81. Qanunvericilik hakimiyyətinin həyata keçirilməsi
Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir.
Maddə 82. Azərbaycan Respublikası Milli Məclisinin say tərkibi
Azərbaycan Respublikasının Milli Məclisi 125 deputatdan ibarətdir.
Maddə 83. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının seçkilərinin əsasları
Azərbaycan Respublikası Milli Məclisinin deputatları majoritar seçki sistemi ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. (1)
Maddə 84. Azərbaycan Respublikası Milli Məclisi çağırışının səlahiyyət müddəti
I. Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti 5 ildir. Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respubl
Страницы: << < 20 | 21 | 22 | 23 | 24 > >>